Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
29.02.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 29-da ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayonunun S.S.Axundov küçəsində 10 ədəd şam ağacını kəsənlərin şəxsiyyəti müəyyən olunub
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 28-də S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.Araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində 2 evdən mobil telefonlar oğurlamaqda şübhəli bilinən X.Əliyev saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Ə.Rəsulzadə qəsəbəsində 2 evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan və bir şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan 1900 manat pul, 800 manat dəyərində danışıq kartları və tütün məmulatı, bir şirkətdən 1000 manat dəyərində avadanlıq, ehtiyat hissələri və elektrik kabelləri oğurlamaqda şübhəli bilinən C.Qorçuyev, T.Salahov, Ş.Mustafayev, E.Quliyev və P.Nağıyev saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisində saxlanılan Z.Ramazanovun avtomobilindən narkotik vasitələr aşkar olunaraq götürülüb
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Z.Ramazanov saxlanılıb. Onun idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı oradan 130 qram marixuana, 750 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Bir qadının çantasından oğurluq etməkdə şübhəli bilinən R.Qibləliyev saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının çantasından pul, qızıl boyunbağı və mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Qibləliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı
Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
28.02.2024
Fevralın 28-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.