Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
28.02.2024
Fevralın 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 4,7 kiloqramdan artıq narkotik vasitə və 3406 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də ümumi çəkisi 4,7 kiloqramdan artıq narkotik vasitə və 3406 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxt sakini olan bir nəfərin bank kartından 700 manatını oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfərin bank kartından 700 manatının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində saxlanılan C.Qasımovdan silah və narkotik vasitələr götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə C.Qasımov şəhər ərazisində saxlanılıb. Ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində saxlanılan O.Cümşüdlüdən heroin və metamfetamin götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə saxlanılan O.Cümşüdlüdən 846 qram çəkidə heroin və 100 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar R.Əliyev və S.Qurbanov Sumqayıt şəhəri ərazisində saxlanılıblar
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar R.Əliyev və S.Qurbanov şəhər ərazisində saxlanılıblar. R.Əliyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı, 5 ədəd patron, həmçinin 500 qram marixuana və metamfetamin, S.Qurbanovdan isə 4 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsində evlərin birindən və Görədil bağlar sahəsində iki evdən oğurluq etməkdə şübhəli bilinən İ.Əliyev saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 25-də Binəqədi qəsəbəsində evlərin birindən cibində 12.000 manat pul olan gödəkcə, Görədil bağlar sahəsində isə iki evdən təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İ.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Metro stansiyasında bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən K.Babayev saxlanılıb
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 22-də metro stansiyasında bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən K.Babayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən oyun zallarının birindən oğurluq etməkdə şübhəli bilinən Ş.Zərbəlizadə saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən oyun zallarının birindən pul və 2000 manat dəyərində 5 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Ş.Zərbəlizadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.