Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
06.03.2024
Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 4 ədəd qumbara, 2 alışdırıcı, 6 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və və 802 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı və 2 ədəd tüfəng aşkar edilərək götürülüb.
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən geyim əşyalarını oğurlamaqda şübhəli bilinən M.İsmayılov saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 440 manat dəyərində geyim əşyalarının oğurlanması barədə 22-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 19,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 19,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
05.03.2024
Martın 5-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Martın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 6 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 34 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Martın 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Polis at və ulaq cəsədlərindən ət tədarükü ilə məşğul olan şəxsi saxlayıb
Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib. Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib. Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.