Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb

04.04.2024

Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.
Səbail RPİ 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.
T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=PSEx5_ssVVs

 

04.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 04.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng təhvil götürülüb 04.04.2024
  • Qanunsuz saxlanılan silah və sursatlar aşkar edilərək götürülüb 04.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 04.04.2024
  • Aprelin 4-də ümumi çəkisi 2,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 04.04.2024
  • Yasamal rayonu ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən A.Əzizov saxlanılıb 04.04.2024
  • Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb 04.04.2024