Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücü E.Cəfərovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib
10.03.2024
Martın 10-da gecə saatlarında Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozan “KİA” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sükan arxasında olan E.Cəfərovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Barəsində inzibati protokol tərtib olunan sürücü Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib. Ondan heroin aşkar olunaraq götürülüb.
Beyləqan rayonunda iki qadının bank kartlarından pul oğurlamaqda şübhəli bilinən M.Əliyev saxlanılıb
Beyləqan rayonunda iki qadının bank kartlarından ümumilikdə 630 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən M.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub
09.03.2024
Martın 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluğa görə axtarışda olan A.Bəkirov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan A.Bəkirov saxlanılıb. Araşdırmalarla onun Nəsimi rayonu ərazisində mağazaların birindən 470 manat pul, 2140 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlaması müəyyən edilib.
Yasamal rayonu ərazisində mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Martın 9-da Yasamal rayonu ərazisində mənzillərin birindən geyim əşyaları və içərisində 2 ədəd mobil telefon, bank kartı, açar, sənəd olan əl çantasının oğurlanması, həmin bank kartından isə 93 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də dəfələrlə məhkum olunan qadın saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonu ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən C.Mikayılov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 1000 manat pul və bank kartı, həmin kartdan isə 600 manat pul oğurlamaqda şübhəli bilinən C.Mikayılov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nəzərov Taleh saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 90 cinayətin açılması təmin olunub
08.03.2024
Martın 8-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 84 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb.