DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

15.04.2024

Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov  rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs  qətimkan  tədbiri seçilib. 
Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=0Uo38yWnbJw

 

15.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub 15.04.2024
  • Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb 15.04.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 15.04.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir 15.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah-sursat tapılmışdır 15.04.2024
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb 15.04.2024
  • Oğurluqda şübhəli bilinən S.Həsənov müəyyən olunaraq saxlanılıb 15.04.2024
  • 3 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən A.Mehdiyev müəyyən olunaraq saxlanılıb 15.04.2024
  • Oğurluq əməlində şübhəli bilinən A.Tağıyev müəyyən olunaraq saxlanılıb 15.04.2024