Oğurluq əməlində şübhəli bilinən A.Tağıyev müəyyən olunaraq saxlanılıb
15.04.2024Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.