Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
24.04.2024
Aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 2 patron darağı və 8 ədəd patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisindən silah-srsat aşkar edilərək götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 24-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Motosiklet qaçırmaqda şübhəli bilinən N.Səfiyarlı həmin motosikletlə saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 22-də rayon ərazisindən “Tufan-M 50” markalı motosikleti qaçırmaqda şübhəli bilinən N.Səfiyarlı həmin motosikletlə saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən F.Vəliyev və R.Məlikov müəyyən olunaraq saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki evlərin birindən ümumilikdə 2200 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən F.Vəliyev və R.Məlikov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
23.04.2024
Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 63 ədəd patron təhvil götürüblər. Həmçinin keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng və 52 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 23-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,4 kiloqramdan artıq heroin, 5,4 kiloqramdan çox marixuana, 4,3 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin bank kartından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin bank kartından 200 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.