Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
02.03.2024
Martın 2-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı qəsəbəsi ərazisində avtomobil sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən Ş.Hüseynov saxlanılıb
Suraxanı qəsəbəsi ərazisində “KİA” markalı avtomobildə sürücünün kəsici alətlə hədələnərək 260 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən M.Süleymanov və B.Mehtiyev saxlanılıblar
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Əmircan qəsəbəsi ərazisində evlərin birindən 3100 manat pul və 3300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Süleymanov və B.Mehtiyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
01.03.2024
Martın 1-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamalda 3200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldı
Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Fidayev, R.İsmayılov və Ş.Dadaşov müəyyən olunaraq saxlanılıblar.Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd qumbara, 10 ədəd müxtəlif markalı tüfəng və 48 patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 11,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 1-də ümumi çəkisi 11,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,2 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana, 630 qramdan çox tiryək və metamfetamin, həmçinin 60 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sumqayıt şəhər sakini olan bir qadının bank kartından pul oğurlamaqda şübhəli bilinən B.Paşayev saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir qadının bank kartından 400 manatını oğurlamaqda şübhəli bilinən B.Paşayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.