Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
12.03.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 12-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana və 8,3 kiloqrama yaxın tiryək olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Ələkbərov qaçırdığı digər avtomobili idarə edərkən saxlanılıb
Martın 12-si gecə saatlarında Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub. Görülmüş tədbirlərlə avtomobil həmin gün Nəsimi rayonu ərazisində tapılıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Ələkbərov “Mercedes” markalı digər avtomobili idarə edərkən saxlanılıb. Araşdırmalarla onun həmin avtomobili də Nərimanov rayonu ərazisindən qaçırması müəyyən olunub. Araşdırma aparılır.
Dəmir yolu stansiyaları ərazisində saxlanılan C.Soltanov və R.Salamovdan marixuana aşkar olunaraq götürülüb
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.Soltanov Xaçmaz, R.Salamov isə Sabunçu dəmir yolu stansiyaları ərazisində saxlanılıblar. R.Salamovdan 470 qram, C.Soltanovdan isə 235 qram marixuana aşkar olunaraq götürülüb.Hər iki faktla bağlı araşdırma aparılır.
Nəsimi rayonu ərazisində paytaxt sakini olan bir nəfərin mobil telefonunu və pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Məsimov saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 3-də gecə saatlarında rayon ərazisində paytaxt sakini olan bir nəfərin mobil telefonunu, içərisində sənəd və bank kartları olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məsimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
11.03.2024
Martın 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara, 5 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 45 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisində yerləşən evlərdən və binalardan silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən evlərdən və binalardan 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 5 tüfəng, 14 qumbara, 15 alışdırıcı, 4 rabitə qurğusu, 13 süngü-bıçaq, 96 patron darağı, 5031 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 11-də ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Q.Quliyev saxlanılıb
Martın 9-na keçən gecə Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Q.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov-74” markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.Faktla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər – Bağırov Rafiq və Vahabov Elxan da saxlanılıblar. Bu şəxslərdən isə ümumilikdə 2 ədəd “Makarov” tapançası, 2 ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.