Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq əməlində şübhəli bilinən K.Həsənov müəyyən olunaraq saxlanılıb
13.04.2024
Nəsimi rayonu ərazisində “Changan” markalı avtomobildən içərisində 1500 manat, bank kartı və sənədlər olan pulqabının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən K.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
12.04.2024
Aprelin 12-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xankəndi şəhəri ərazisindən odlu silah və vasitələri aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov müəyyən olunaraq saxlanılıb
Aprelin 11-də paytaxtın Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.Bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş M.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
11.04.2024
Aprelin 11-də ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xankəndi şəhəri ərazisindən odlu silah və vasitələri aşkar edilərək götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
10.04.2024
Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçinin 220 ədəd metadon və fenazepam həbləri aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Maştağa qəsəbəsində mağazaların birindən qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən F.Hacıyev saxlanılıb
Aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.