Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb
30.04.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 2 tüfəng, 3 patron darağı və 95 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah və sursatlar aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 7 tüfəng və 60 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 2,6 kiloqramdan artıq heroin, 5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Səbail rayonu ərazisində bir nəfərin pulqabısını oğurlamaqda və bank kartından 300 manatını çıxarmaqda şübhəli bilinən İ.Mirzəli saxlanılıb
Aprelin 30-da Səbail rayonu ərazisində bir nəfər şəxsin içərisində bank kartı olan pulqabısının oğurlanması və həmin kartdan 300 manatının çıxarılması barədə polisə məlumat daxil olub.Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Mirzəli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən dayanacaqda bir nəfər şəxsin çantasını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb
Nizami rayonu ərazisində yerləşən dayanacaqda bir nəfər şəxsin içərisində 4000 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfər şəxsin bank kartından pul oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılıb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin bank kartından 10 manatını oğurlamaqda şübhəli bilinən Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Stansiya Sumqayıt qəsəbəsi ərazisindən 4 baş inəyi oğurlamaqda şübhəli bilinən iki şəxs olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Stansiya Sumqayıt qəsəbəsi ərazisindən bir nəfər şəxsə məxsus 4 baş inəyi oğurlamaqda şübhəli bilinən A.Əhmədov və X.Babayev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub. E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən Hüseynov saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, nəqliyyat vasiəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də saxlanılıblar. Qeyd edək ki, bu ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67, nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən 27 sürücü aşkar olunub.Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
29.04.2024
Aprelin 29 -da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.