Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfər şəxsin 49.700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən E.Hüseynov saxlanılıb
05.06.2024
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 49.700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən E.Hüseynov saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində dələduzluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində bir nəfərin mobil telefonunu, bir nəfərin isə 165 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Y.Səfiyev, bir nəfərin 30, bir nəfərin 20 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən R.Əmrahov, bir nəfəri aldadıb hesabına 20 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Ağayeva saxlanılıb. Araşdırma aparılır.
Əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.İsgəndərov və Z.Ağalarov saxlanılıblar
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.İsgəndərov və Z.Ağalarov saxlanılıblar. Onlardan heroin aşkar olunaraq götürülüb. Onların iyunun 4-nə keçən gecə Stansiya Sumqayıt qəsəbəsi ərazisində bir evin həyətindən 2 ədəd velosiped oğurlamaları da müəyyən edilib.Araşdırma aparılır.
Ağdaş rayonunun Yuxarı Qəsil kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaları tərəfindən Yuxarı Qəsil kəndi ərazisində yabanı halda bitmiş 982 kiloqram çəkidə 2422 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 6 tüfəng, 1 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 1 tüfəng, 4 patron darağı və 46 ədəd patron aşkar edilərək götürülüb.
İyunun 5-də ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə və 574 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 5-də ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 574 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 7 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdən 3 kiloqram heroin və marixuana aşkarlanıb
Suraxani Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar. Bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb. N.Soltanovun əlavə olaraq Suraxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub. Saxlanılan şəxslər narkotikləri ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
04.06.2024
İyunun 4-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.