Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəki şəhəri ərazisində saxlanılan İ.Dadaşovdan marixuana və heroin aşkar olunaraq götürülüb
09.06.2024
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan İ.Dadaşovdan 2,4 kiloqram marixuana və 2,1 kiloqram heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Zaqatala rayonu ərazisində saxlanılan R.Məmmədovdan marixuana götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan R.Məmmədovdan 470 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Şəmkir rayonu ərazisində saxlanılan N.Cəbrayılovdan marixuana aşkar edilərək götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan N.Cəbrayılovdan 7 qram, idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı isə əlavə 405 qram marixuana aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Saatlı rayonunun Şirinbəy kənd sakini C.Abbasova məxsus həyətdən 12 ədəd çətənə kolu götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şirinbəy kənd sakini C.Abbasova məxsus həyətdən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Laçın rayonunun Malıbəy kəndi ərazisində 3 hektar sahədən yabanı halda bitən çətənə kolları məhv edilib
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Malıbəy kəndi ərazisində 3 hektar sahədən yabanı halda bitən 850 kiloqram çəkidə 5215 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 pulemyot, 1 qumbara, 6 tüfəng və 200 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
08.06.2024
İyunun 8-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bir nəfərin bank kartından 410 manatını oğurlamaqda şübhəli bilinən S.Abışov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 27-də bir nəfər şəxsin bank kartından 410 manatını oğurlamaqda şübhəli bilinən S.Abışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də bir nəfər şəxsin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində bir şəxsə qarşı quldurluq etməkdə şübhəli bilinən T.Axundov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 2-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfər şəxsin 500 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən T.Axundov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.