Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb
27.04.2024
Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib. Zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb. Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
Yasamalda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər
Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb. Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 82 cinayətin açılması təmin olunub
26.04.2024
Aprelin 26-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, 150 ədəd müxtəlif çaplı patron və 1 alışdırıcı təhvil götürüblər.
Qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 26-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 26-da ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 26-da ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 3,3 kiloqrama yaxını heroin, qalanı isə marixuana, tiryək və metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər davam etdirilir. Polis əməkdaşlarının aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində keçirdikləri tədbirlərlə 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb. Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır.
Səbail rayonu ərazisində yerləşən mağazaların birində piştaxtadan qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birində piştaxtadan 1600 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən İ.Babayev saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərə məxsus 1400 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.