Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinən A.Eyvazlı saxlanılıb
07.06.2024
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinən A.Eyvazlı müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən oğurluq etməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 24-də bir nəfər şəxsin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən S.Hüseynov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik meyvəsini, bir nəfərin mobil telefonunu və 2 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən S.Hüseynov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən M.Həbibli saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Həbibli saxlanılıb.Araşdırma aparılır.
Ş.Əliyevdən 430 qram marixuana aşkar olunaraq götürülüb
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Ş.Əliyevdən 430 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qax rayonunun Fıstıqlı kəndi ərazisində yabanı halda bitmiş 1,8 tondan artıq çəkidə çətənə kolları aşkar edilərək məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fıstıqlı kəndi ərazisində yabanı halda bitmiş 1,8 tondan artıq çəkidə 8775 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Ağdaş rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş 842 kiloqram çəkidə 2142 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 4 patron darağı və 107 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 avtomat silahı, 9 tapança, 3 tüfəng, 13 patron darağı və 66 ədəd patron aşkar edilərək götürülüb.