Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən və bir restorandan oğurluq etməkdə şübhəli bilinən E.Hümbətov saxlanılıb
06.06.2024
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 3-də rayon ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən 4478 manat pul, bir restorandan isə pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən E.Hümbətov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisində “Hyundai” markalı avtomobildən pul və bank kartı oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-nə keçən gecə şəhər ərazisində “Hyundai” markalı avtomobildən 1000 manat pul və bank kartı oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisində mağazaların birindən pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən R.Məmmədhəsənov saxlanılıb
Sabirabad Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də gecə saatlarında Qaraqaşlı kəndi ərazisində mağazaların birindən 1050 manat pul və 970 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən R.Məmmədhəsənov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunda saxlanılan 4 narkokuryerdən 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıb. Onlardan 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər. Həmçinin, Sabunçu RPİ NMB-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 3 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 4 daraq və 27 patron əməliyyat yolu ilə aşkarlanıb. Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı may ayında keçirilən tədbirlərlə 22 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub
05.06.2024
İyunun 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İyunun 5-də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü il sentyabrın 15-dən Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı qadın, aprelin 27-dən Kürdəmir rayonu ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 28 yaşlı qadın, aprelin 25-dən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, mayın 15-dən Abşeron rayonunun Novxanı kəndi ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı kişi, mayın 28-dən Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız, mayın 31-dən Şabran rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 22 yaşlı qadın və iyunun 3-dən Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən S.İsmayılov müəyyən olunaraq saxlanılıb
İyunun 5-də saat 03 radələrində Qala qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, 2 ədəd mobil telefonunu və bank kartını əlindən alıb.Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.İsmayılov müəyyən olunaraq saxlanılıb. S.İsmayılovun hadisəni törətdikdən sonra zərərçəkənin bank kartı ilə alış-veriş etməsi də müəyyən olunub.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Bir yeniyetmənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Hüseynov və F.Tağıyev saxlanılıblar
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 3-də bir yeniyetmənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Hüseynov və F.Tağıyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Axundov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Axundov saxlanılıb.Araşdırma aparılır.
Bir nəfəri aldadaraq hesabına 450 manat pul ödətdirməkdə və başqa bir nəfərin 80 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən iki şəxs saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsi aldadaraq hesabına 450 manat pul ödətdirməkdə şübhəli bilinən R.Əliyev, bir nəfərin isə 80 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən A.Məmmədov saxlanılıb.Araşdırma aparılır.