Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin bank kartından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
23.04.2024
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin bank kartından 200 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb
Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.
DİN BNMİ-dən növbəti əməliyyat 51 kiloqram narkotik maddə aşkarlandı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram metamfetamin aşkarlanıb. İ.Ağayev narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının şəxsiyyəti istintaqla araşdırılan vətəndaşından əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələndi
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb.Həmin obyekt sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxtla yanaşı, bölgələrdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatların satışının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
22.04.2024
Aprelin 22-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 13 ədəd müxtəlif markalı tüfəng və 8 patron təhvil götürüblər.Həmçinin keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 22-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 22-də ümumi çəkisi 5,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 465 qram psixotrop maddə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 22-də ümumi çəkisi 5,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 465 qram psixotrop maddə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinən N.Ağayev saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən ümumi dəyəri 2600 manatdan artıq olan tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən R.Məlikov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən R.Məlikov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.