Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonunda oğurluq edən 2 şəxs saxlanılıb
01.05.2025
Yasamal rayonu ərazisində yerləşən restoranların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin obyektdə çalışan şəxsin 30 manat pulu və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 31 yaşlı T.Quliyev saxlanılıb.Həmçinin rayon ərazisində yerləşən parkların birindən bir nəfərə məxsus 3000 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 18 yaşlı R.Həsənov da saxlanılıb.Araşdırmalar aparılır.
İşlədiyi evdən oğurluq edən usta saxlanılıb
Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmiş, həmin evdə usta olaraq çalışan 38 yaşlı Q.Əliyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Qaradağ rayonunda yerləşən bir idarəyə məxsus sahədən 407 manat dəyərində dəmir boruları oğurlamış 56 yaşlı B.Paşayev, 42 yaşlı N.Məmmədov və həmyaşıdı R.Paşayev də saxlanılıblar.
Xəzər və Səbail rayonlarında oğurluq edən şəxslər saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində radiatorlar, 2 ədəd velosiped, elektrik naqili, otbiçən maşın oğurlanıb.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı V.Həmidov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Səbail rayonu ərazisində bir mağazadan 990 manat dəyərində eynək oğurlamış 33 yaşlı S.İftikhar da saxlanılıb.
Polis narkotiklərə qarşı əməliyyatlar keçirib
Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt və Suraxanıda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Sumqayıt şəhər sakini olan bir nəfər 1 avtomat silahı və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil verib.Suraxanı dəmir yolu stansiyası ərazisində isə polis əməkdaşları tərəfindən 1 tapança, 1 patron darağı və 2 ədəd patron tapılaraq götürülüb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 1-də ümumi çəkisi 13,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-dən növbəti əməliyyat- 17 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir. Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 41 yaşlı Qubad Məmmədov tutulub. Onun narkotiklərin qanunsuz dövriyyəsi zamanı istifadə etdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotop maddə metamfetamin aşkarlanıb.