Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
17.03.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 33 avtomat silahı, 12 tapança, 173 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 14 qumbaraatan, 63 partlayıcı sursat, 226 süngü bıçaq, 93 mərmi, 289 patron darağı və 19213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
16.03.2025
Martın 16-da ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt sakini qanunsuz saxladığı silah-sursatı polisə təhvil verib
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Nərimanov rayonu ərazisində yerləşən binaların birindən 1 avtomat silahı tapılaraq götürülüb. Həmçinin 40 yaşlı paytaxt sakini 1 avtomat silahı, 1 patron darağı və 30 patronu könüllü olaraq polisə təhvil verib. Araşdırmalar aparılır.
Polis Sabunçu rayonunda narkotik vasitə aşkarladı
Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 26 yaşlı K.Mirzəzadə saxlanılıb. Onun üzərindən 1,7 kiloqramdan artıq marixuana aşkarlanıb.Xaçmaz rayonu ərazisində yerləşən stansiyaların birində 35 yaşlı A.Məhərrəmovdan da marixuana aşkarlanaraq götürülüb.Faktlarla bağlı araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 16-da ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,1 kiloqramdan artıq heroin, 38,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqram tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 478 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 alışdırıcı, 1 tüfəng, 22 patron darağı və 1151 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
15.03.2025
Martın 15-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt ərazisində oğurluq edənlər saxlanıldı
Paytaxın Səbail rayonunda evlərin birinin qarşısından 1880 manatlıq velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.Rayon ərazisində iki nəfərdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 800 manat ziyan dəyməsi barədə polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Muradov və əvvəllər məhkum olunmuş 34 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıblar.Nəsimi rayonunda isə köşkdən 1114 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 21 yaşlı B.Səməndərov, 19 yaşlı E.Sadıqzadə və 18 yaşlı B.Cəbrayılzadə polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.