Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərində evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb
04.04.2025
Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.Araşdırmalar davam etdirilir.
Nərimanov rayonunda oğurluq edən 2 şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində bir nəfərin “KamAZ” markalı avtomobilindən 850 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı F.Rəcəbov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, rayon ərazisində yerləşən idman zallarının birində bir nəfərə məxsus içərisində 4000 manat, sürücülük vəsiqəsi və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 38 yaşlı M.Rəhimovanın saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Əməliyyat tədbirləri ilə narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 qumbaraatan, 2 tüfəng, 56 patron darağı və 1579 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-dən növbəti əməliyyat: 20 kq narkotik vasitə aşkarlandı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir. Daxil olan məlumat əsasında paytaxt ərazisində keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərlə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov tutulub. Ondan 20 kiloqram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə İmişli rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. R.Nəsirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
03.04.2025
Aprelin 3-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıb
Sabunçu rayonu ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilindən 2 mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Nizami rayonu ərazisində yerləşən bankomatların birindən bir nəfərin 108 manatını oğurlamaqda şübhəli bilinən 34 yaşlı H.Xıdırovun saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 4 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.Binəqədi rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.Araşdırmalar aparılır.