Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərində bank kartından oğurluq edən şəxs saxlanılıb
09.04.2025
Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 473 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri və Qaradağ rayonunda oğurluq edən şəxslər saxlanılıb
Qaradağ rayonu ərazisində bir nəfərə məxsus yardımçı təssərrüfatdan 10800 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 38-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 350 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı İ.Tağıyev müəyyən olunaraq saxlanılıb. Həmçinin, rayon ərazisində yerləşən marketlərin birindən paytaxt sakininə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Müslümovanın saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 4 tüfəng, 5 patron darağı və 255 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
08.04.2025
Aprelin 8-də ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonunda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblar.Bundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanıldı
Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Paytaxt ərazisində bank kartlarından oğurluq edən 2 şəxs saxlanılıb
Paytaxt ərazisində 2 vətəndaşın bank kartlarından ümumilikdə 711 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı R.Vəliyev və 24 yaşlı H.Rzayev müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.