Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
19.03.2025
Martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 tüfəng, 3 patron darağı və 62 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanıldı
Abşeron rayonu ərazisində bir nəfərin avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı E.İsmayılova məxsus “Opel” markalı avtomobilə keçirilən baxış zamanı 5,9 kiloqrama yaxıın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanıldı
Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.
Oğurluq edənləri polis saxladı
Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən 7830 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.Sumqayıtda da oxşar hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 2500 manat pulu və qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı X.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Suraxanı rayonunda isə bir avtomobildən 800 manat pul, 2 ədəd mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 39 yaşlı T.Mehtiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun axtarışda olması da məlum olub. Araşdırmalar davam etdirilir.
Bank kartından pul oğurlayan şəxslər saxlanıldı
Paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2310 manat oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb. Sumqayıt şəhərində də analajo hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından 791 manat talamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb. Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Araşdırmalar aparılır.
Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb
Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 61-fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd “Makarov” tapançası və 8 ədəd patron çıxarılıb.