Paytaxt ərazisində silah-sursat aşkarlandı
11.06.2025Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində iki paytaxt sakini 1 tapança, 1 tüfəng, 1 patron darağı və 2 patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırma aparılır.