Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
06.04.2025
Sabunçu rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək quldurluq etməsi barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.
Polis Nəsimi və Sabunçu rayonlarında narkotik vasitə aşkarladı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olmuş məlumat əsasında Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H.Abdulgəlimov saxlanılıb. Onların üzərindən *1* kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 5-də və 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 5-də və 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 5-də və 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 576 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
05.04.2025
Aprelin 5-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Səbail rayonu ərazisində yerləşən 4 ev və bir qarajdan təmir alətləri, elektrik avadanlıqlarının oğurlanması,nəticədə zərərçəkənlərə 2850 manatdan çox maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən,əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Qaradağ rayonu ərazisində bir nəfərə məxsus içərisində 570 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən 43 yaşlı T.Hüseynovun da saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Nəsimi rayonunda quldurluq edən 3 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər 41 yaşlı paytaxt sakininə fiziki zor tətbiq edərək ondan pul tələb ediblər.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 28 yaşlı H.Tairov və 23 yaşlı K.Dəvrişov saxlanılıblar.Araşdırmalarla həmin şəxslərin 42 yaşlı digər bir vətəndaşa da fiziki zor tətbiq edərək mobil telefonunu və bank kartını taladıqları məlum olub.Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
04.04.2025
Polis Nəsimi rayonunda narkotik vasitə aşkarladı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında Nəsimi rayonu ərazisində keçirilən əməliyyat nəticəsində 42 yaşlı Z.Məmişov saxlanılıb. Onun üzərindən 1 kiloqramdan çox heroin və marixuana aşkarlanıb.Araşdırma aparılır.