Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
20.03.2025
Nəsimi rayonunda bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı H.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb
Martın 19-u Nizami rayonunda yerləşən evlərin birindən 800 manat pul və 19200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 27 yaşlı A.Novruzova müəyyən edilərək saxlanılıb.Rayon ərazisində daha bir oğurluq isə Naxçıvanski küşəsində baş verib. Bir qadının cibindən 500 manat dəyərində mobil telefonu talamaqda şübhəli bilinən 31 yaşlı K.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Paytaxtda silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Nəsimi rayonu ərazisindən 1 avtomat silahı və 2 ədəd patron tapılaraq götürülüb.Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
19.03.2025
Martın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 tüfəng, 3 patron darağı və 62 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanıldı
Abşeron rayonu ərazisində bir nəfərin avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı E.İsmayılova məxsus “Opel” markalı avtomobilə keçirilən baxış zamanı 5,9 kiloqrama yaxıın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanıldı
Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.