Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq edənləri polis saxladı
19.03.2025
Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən 7830 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.Sumqayıtda da oxşar hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 2500 manat pulu və qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı X.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Suraxanı rayonunda isə bir avtomobildən 800 manat pul, 2 ədəd mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 39 yaşlı T.Mehtiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun axtarışda olması da məlum olub. Araşdırmalar davam etdirilir.
Bank kartından pul oğurlayan şəxslər saxlanıldı
Paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2310 manat oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb. Sumqayıt şəhərində də analajo hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından 791 manat talamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb. Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Araşdırmalar aparılır.
Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb
Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədi ilə deyiləcək ünvana çatdırmalı imişlər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 61-fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd “Makarov” tapançası və 8 ədəd patron çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
18.03.2025
Martın 18-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Binəqədi və Yasamal rayonlarında silah-sursat aşkarladı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 3 patron tapılaraq götürülüb. Həmçinin Yasamal rayonu ərazisində 4 vətəndaş 4 avtomat silahı, 4 patron darağı və 173 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.Araşdırmalar aparılır.
Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıb
Sabunçu və Nəsimi rayonlarında yerləşən bir mağazadan və bir evdən oğurluqlar edilməsi, nəticədə zərərçəkənlərə ümumilikdə 14200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı A.Novruzov və 47 yaşlı A.Məmmədova müəyyən olunaraq saxlanılıblar.Bundan başqa, Sumqayıt şəhərində yerləşən evlərin birindən 14 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Səfərovun, Xəzər rayonunda isə bir nəfərin bank kartından 1835 manatını oğurlamaqda şübhəli bilinən 37 yaşlı B.Abdullayevin saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Abşeron və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıb
Abşeron rayonu ərazisində 3 şəxsə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 30200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 34 yaşlı S.Qarayev və 31 yaşlı R.Sayılov müəyyən olunaraq saxlanılıblar.Bundan başqa, paytaxtın Nəsimi rayonu ərazisində bir şəxsin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən 31 yaşlı B.Quliyevin saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Yasamal rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı
Yasamal rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında naməlum şəxsin 72 yaşlı bir nəfərə fiziki zor tətbiq etməklə 800 manat dəyərində mobil telefonunu və qol saatını talaması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı A.Babayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.