Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mənzildən oğurluq, avtomobildən soyğunçuluq edənlər saxlanıldı
30.03.2025
Martın 30-da Nizami rayonunda yerləşən evlərin birindən 500 manat, 200 dollar və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 33 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Rayon ərazisində “Chevrolet” markalı avtomobildən isə soyğunçuluq yolu ilə mobil telefonu talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Şirinov saxlanılıb. Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 29-da və 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 29-da və 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 29-da və 30-da ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 7 qumbara, 3 alışdırıcı, 8 tüfəng, 15 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
29.03.2025
Martın 29-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt ərazisində oğurluq və dələduzluq edənlər saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən restoranların birində bir nəfərə məxsus içərisində 960 manat pul, zinət əşyası, mobil telefon, sənəd və bank kartları olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, orada çalışan 18 yaşlı Ü.Şirinov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Nizami rayonunda bir nəfərin 4988 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı H.Vəliyevin saxlanılması da təmin edilib.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
28.03.2025
Martın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.