Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
20.04.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 19-da və 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança, 3 qumbara, 11 tüfəng, 5 patron darağı və 144 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
19.04.2025
Aprelin 19-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanıldı
Qaradağ rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb, pulun saxta olduğu aşkarlandıqda isə ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı T.Vəliyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Nərimanov rayonunda yerləşən köşklərin birindən 200 manat pul vəsaitini oğurlayan 19 yaşlı Ş.Həsənzadə də saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
18.04.2025
Aprelin 18-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 6 tüfəng və 153 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Oğurluq və dələduzluq edən şəxslər saxlanılıb
Qaradağ rayonunda bir nəfərin itirdiyi bank kartından 170 manat dəyərində alış-veriş edilib.Vətəndaşın şikayəti əsasında Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 27 yaşlı M.İsmayılov və 26 yaşlı S.Əhmədov saxlanılıblar.Bundan başqa, Sumqayıt şəhərində bir nəfərin 1020 manatını dələduzluq yolu ilə ələ keçirən 30 yaşlı E.Məmmədov da saxlanılıb.Araşdırmalar aparılır.
Soyğunçuluq edən şəxsi polis saxladı
Paytaxtın Suraxanı rayonunda talama cinayəti qeydə alınıb. Rayonun Dədə Qorqud qəsəbəsi sakini olan bir nəfər qadının 100 manat pulu və 700 manat dəyərində mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib.Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 34 yaşlı O.Abbaszadə saxlanılıb. Araşdırma aparılır.
Polis işə düzəltmək, təqaüd bərpa etmək vədi ilə 88600 manatı ələ keçirən şəxsləri saxlayıb
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.Belə ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır.