Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər və Xətai rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb
24.04.2025
Xəzər rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1700 manat maddi zərər vurulub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 23 yaşlı R.Əlizadə və 20 yaşlı İ.Xəmmədli müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Xətai rayonunda yerləşən avtoyuma məntəqələrinin birindən 790 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 28 yaşlı E.Məmmədli də saxlanılıb.Araşdırmalar aparılır.
Binəqədi rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Binəqədi rayonu ərazisində bir nəfərə məxsus “BYD” markalı avtomobildən içərisində 2852 manat olan pulqabı və mobil telefon oğurlanıb.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı T.Salahov saxlanılıb.Rayon ərazisində daha bir analoji hadisə qeydə alınıb. Aprelin 24-nə keçən gecə bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobildən 750 manat dəyərində maqnitofon və 4 səsgücləndirici oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı N.Vəliyev də saxlanılıb.Bundan başqa, Nəsimi və Nərimanov rayonlarında 2 nəfərə məxsus velosipedləri qaçırmaqda şübhəli bilinən 47 yaşlı Ə.Məşədiyev və 16 yaşlı yeniyetmə saxlanılıb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 24-də ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 18 qumbara, 9 alışdırıcı, 4 tüfəng və 9 patron darağı aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
23.04.2025
Aprelin 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən tikinti şirkətlərinin birindən 476 manat dəyərində 3 ədəd mühərrik oğurlanıb.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov saxlanılıb.Sabunçu rayonu ərazisində isə evlərin birindən oğurluğa cəhd göstərən əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Məmmədov da saxlanılıb.Araşdırma aparılır.
Polis paytaxtda narkotiklərə qarşı əməliyyatlar keçirib
Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.