Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
22.04.2025
Aprelin 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 51 kiloqrama yaxın narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 22-də ümumi çəkisi 51 kiloqrama yaxın narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 17 tüfəng, 2 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
21.04.2025
Aprelin 21-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb
Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.
Nəsimi rayonunda oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində evdən 1700 manat, 85000 rubl pul vəsaiti və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Fərəcov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 1 avtomat silahı və 30 patron tapılaraq götürülüb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.