Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
23.04.2025
Polis əməkdaşlarının aprelin 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 19,7 kiloqrama yaxın narkotik vasitə, 37 ədəd psixotrop tərkibli həb və 403 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,7 kiloqrama yaxın narkotik vasitə, 37 ədəd psixotrop tərkibli həb və 403 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 minaatan, 2 tüfəng, 3 patron darağı və 253 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
22.04.2025
Aprelin 22-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dəmir yollarından oğurluq etdilər, polis saxladı
Sumqayıt dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Naməlum şəxsin alət saxlama otağından metal konstruksiyaların oğurlaması barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəhər sakini 29 yaşlı R.Üzeyirov saxlanılıb. Analoji hadisə Sabirabad dəmir yolu stansiyası ərazisində də qeydə alınıb.Belə ki, elektrik dirələrinin hissələrini talamaqda şübhəli bilinən paytaxt sakinləri 24 yaşlı A.Yüzbaşev və 49 yaşlı Ş.Kamalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Qaçırdığı motosikletlə hərəkətdə olan şəxsi polis saxladı
Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.
Binəqədi rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 7 ədəd patron tapılaraq götürülüb.Araşdırma aparılır.
Paytaxt sakinlərindən narkotik vasitə aşkar edildi
Paytaxtın Suraxanı və Xətai rayonları ərazisində iki nəfərdə narkotik vasitə olması barədə polisə məlumat daxil olub.
Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600 manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb. Daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus “Kia” markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.Araşdırmalar aparılır.
Yasamalda bir nəfərin bank kartından 5000 manat oğurlayan şəxs saxlanılıb
Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.