Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
01.07.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İyulun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 6 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 11 patron darağı və 485 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.