Bakı şəhər sakini Əsgər Camalovdan narkotik vasitə aşkar edilərək götürülmüşdür
05.02.2015Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Camalov 1,09 qram marixuananı satarkən tutulmuşdur. Onun Abşeron rayonu ərazisindəki evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram marixuana, 505 qram həşiş və 106,150 qram heroin də aşkar edilərək götürülmüşdür.