Oğurluğa cəhd göstərmiş Yevlax rayon sakini İsa Bəkirov, Ağsu rayon sakinləri Türkan Kərimova və Əli Bədəlov saxlanılmışlar
05.02.2015Nərimanov RPİ 16-cı PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də saat 01 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Samir Əhmədova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Yevlax rayon sakini İsa Bəkirov, Ağsu rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Türkan Kərimova və Əli Bədəlov saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 4-də Xəyal Fərzəliyevə məxsus mağazadan və Natiq Kərimova məxsus aptekdən pul, məişət əşyası və dərman preparatları oğurlamaları da müəyyən edilmişdir.