Oğurluq etmiş Bakı şəhər sakini Zamin Nəbiyev saxlanılmışdır
05.02.2015Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində İldırım Şirinova məxsus mağazadan, Gülnaz Məhərrəmovanın həyətindən və İlqar Qulubəyovun evindən pul, ərzaq məhsulları, spirtli içki, tütün məmulatı, mobil telefon və ev quşları oğurlamış Bakı şəhər sakini Zamin Nəbiyev saxlanılmışdır.