Bakı şəhər sakini Lətifə Fərzəliyevanın 800 manat pulunu oğurlamış oğlu Mikayıl saxlanılmışdır
05.02.2015Fevralın 5-də Bakı şəhər sakini Lətifə Fərzəliyevanın mənzilindən qapının qıfılına açar seçmək yolu ilə 800 manat pul oğurlanmışdır.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş onun oğlu Mikayıl saxlanılmışdır.