Lənkəran rayonunun Şıxəkəran kəndində yol-nəqliyyat hadisəsi
05.02.2015Fevralın 5-də saat 20 radələrində Lənkəran rayonunun Şıxəkəran kəndində Masallı rayon sakini Saleh Rzayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Oruc Rəhimovu, onun arvadı Elnarəni və qızı Tünzaləni vurmuşdur. Nəticədə Tünzalə hadisə yerində ölmüş, O.Rəhimov və Elnarə xəstəxanaya yerləşdirilmişlər.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.