Oğurluq etdiyinə görə tutulmuş Lənkəran şəhər sakini Xaliq Məmmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
05.02.2015Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Mövlud Məmmədova məxsus çayxanadan və Samir Habilova məxsus mağazadan pul və tütün məmulatı oğurlamış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Xaliq Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il dekabr və cari il yanvar ayında Gəncə şəhərində şəhər sakinləri Surxay Rəhimova və Elnur Əhmədova məxsus mağazalardan pəncərədən girmək yolu ilə pul, ərzaq məhsulları, danışıq kartları və tütün məlumatı oğurlaması da müəyyən edilmişdir.