Binəqədi rayonunun Ş.Məmmədova küçəsində yol-nəqliyyat hadisəsi
05.02.2015Fevralın 5-də saat 07 radələrində Binəqədi rayonunun Ş.Məmmədova küçəsində Abşeron rayon sakini Tamerlan Məmmədov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Novruz Xanaliyevi vurmuş, idarəetməni itirdiyindən avtomobili maneəyə çırpmışdır. Nəticədə piyada hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.