Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi
05.02.2015Fevralın 5-də saat 01 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakinləri Həmid Tağıyevin idarə etdiyi "Mercedes" və Əli Tağıyevin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşmuşdur. Bu zaman sürücülər arasında yaranmış mübahisə nəticəsində Ə.Tağıyev özünə məxsus avtomobilin üzərinə benzin tökərək yandırmışdır.
Araşdırmalar aparılır.