Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
05.10.2013Oktyabrın 6-da saat 12.40 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Ramiz Səmədovun idarə etdiyi “VAZ-2107” markalı və Biləsuvar rayon sakini İlqar Quliyevin idarə etdiyi “Ford” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Səmədov hadisə yerində, sərnişini, Bakı şəhər sakini Həmidə Səmədova isə xəstəxanada ölmüş, xəsarət almış İ.Quliyev isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.