Nizami rayonu Şərifli küçəsində yaşayan Hüseyn Qocayevə məxsus mənzildə yanğın baş vermişdir
05.10.2013Oktyabrın 6-da saat 17.05 radələrində paytaxtın Nizami rayonu Şərifli küçəsində yaşayan Hüseyn Qocayevə məxsus 1 otaqlı mənzildə yanğın baş vermişdir. Nəticədə 37 kvm. sahədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, qonşu mənzillərdə yaşayan Sevinc Əliyeva və Çimnaz Möhlətova isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.