3 nəfər Qazax rayon sakini minaya düşmüşlər
05.10.2013Oktyabrın 6-da saat 10.30 radələrində Qazax rayonu Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və Qazax rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədi ilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçmiş və orada minaya düşmüşlər.
Baş vermiş partlayışdan Ə.Əliyev öldüyündən meyiti həmin ərazidə qalmış, xəsarət almış X.Məhərrəmov və V.Əliyev isə xəstəxanaya gəlmişlər.