Yasamal rayonu Haqverdiyev küçəsində yol-nəqliyyat hadisəsi
05.10.2013Oktyabrın 6-da saat 19.00 radələrində Yasamal rayonu Haqverdiyev küçəsində Bakı şəhər sakinləri Elvin Musayevin idarə etdiyi “Mercedes” markalı və Elsevər Allahverdiyevin idarə etdiyi “AzSamand” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış E.Allahverdiyev və sərnişini, Bilal Əsgərov, habelə E.Musayevin sərnişini Nazim Məcidov xəstəxanaya yerləşdirilmişlər.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.