Göygöl rayonu Qızılca kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
05.10.2013Oktyabrın 6-da saat 12.00 radələrində Göygöl rayonu Qızılca kəndinin ərazisində Samux rayon sakini Köçəri Orucovun idarə etdiyi “QAZel” markalı və Gürcüstan vətəndaşı Muxtar Emrazinin idarə etdiyi “MAN” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə K.Orucov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Üçtəpə kənd sakini Əliş Orucov isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.