Sabirabad rayonu Şəhiyar kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
05.10.2013Oktyabrın 6-da saat 00.30 radələrində Sabirabad rayonu Şəhiyar kəndinin ərazisində Bakı şəhər sakini Azər Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomaşını aşırmışdır. Nəticədə A.Abdullayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Seymur Eyvazov, Oktay Vəliyev və Abşeron rayon sakini Salamat Soltanov xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.