Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Quba rayon Dəlləkli kənd sakini İslam Məmmədov ölmüşdür
05.10.2013Cari ilin sentyabr ayının 30-da Quba rayonu Susay kəndinin ərazisində Dəlləkli kənd sakini İslam Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Məmmədov oktyabrın 6-da orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.