Yasamal rayonu Yeni Dairəvi yolda qəza hadisəsi
05.10.2013Oktyabrın 6-da saat 07.20 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Rusiya Federasiyasının vətəndaşı Qurban Mahmudov idarə etdiyi “Lada Larkus” markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış K.Mahmudov və sərnişinləri, Rusiya Federasiyası vətəndaşları Zaira Mahmudova, Yuqlana Xıdırova, Aida Xıdırova və Səbiyyə Nadirova xəstəxanaya yerləşdirilmişlər.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.