Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində 80 cinayət faktı qeydə alınıb
19 noyabr 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər tutulub.

Paytaxt sakini Nicat Vəliyev qaçırdığı avtomobili idarə edərkən saxlanılıb
19 noyabr 2017

Noyabrın 19-da saat 5.00 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil Bakı BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bülbül prospektində saxlanılıb.

Avtomobillə birlikdə onu idarə edən şəxs də Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun paytaxt sakini Nicat Vəliyev olması müəyyən edilib.
Araşdırma aparılır.

Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyev avtomobil qaçırmaqda şübhəli bilinərək tutulublar
19 noyabr 2017

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevin ətraflarında Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil noyabrın  18-də Masallı rayonu ərazisində tapılıb.

Bakı şəhər sakini Fəridə Səmədovanı idarə etdiyi avtomobillə vurmaqda şübhəli bilinən Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib
19 noyabr 2017

Noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

Bakı şəhər sakini Fəridə Səmədovanı idarə etdiyi avtomobillə vurmaqda şübhəli bilinən Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib
19 noyabr 2017

Noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk emiş Gəncə şəhər sakini Nəsrəddin Musayev tutulub
19 noyabr 2017

Noyabrın 17-də Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Məhsəti qəsəbəsinin ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomaşını Gəncə şəhər sakini Orxan Əmirovun idarə etdiyi “BMW” markalı avtomobilə vuraraq hadisə yerini tərk edib. O.Əmirovun 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsrəddin Musayev müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Soyğunçuluqda şübhəli bilinən Cəbrayıl rayon sakini Mətiş Mehrəliyev tutulub
19 noyabr 2017

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisində bir qadının 320 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Mətiş Mehrəliyev tutulub.

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Asim Məhərrəmov tutulub
19 noyabr 2017

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən cari il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən  7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Məhərrəmov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi Yılmaz Eltacla birgə cari ilin avqust ayı ərzində daha 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə Y.Eltac da tutulub.

528 manat oğurlamaqda şübhəli bilinən Allahverdi Abdullayev tutulub
19 noyabr 2017

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisindəki evlərin birindən 528 manat oğurlamaqda şübhəli bilinən Allahverdi Abdullayev tutulub.

Oğurluqda şübhəli bilinən Masallı rayonunun Yeyənkənd kənd sakinləri Vüsal Hacıyev və Ramil Əsgərov tutulublar
19 noyabr 2017

Masallı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il fevralın 21-də rayon ərazisindəki evlərin birindən 650 manat oğurlamaqda şübhəli bilinən Yeyənkənd kənd sakinləri Vüsal Hacıyev və Ramil Əsgərov tutulublar.